XƏZƏR DƏNİZİNİN SU EHTİYATLARI KOMİSSİYASININ İCLASI OLMUŞDUR
İclasda Türkmənistan istisna olmaqla, Xəzəryanı dövlətlərin balıq təsərrüfatları idarələrinin rəhbərləri və ekspertlər iştirak etmişlər.
Komissiya üzvləri Xəzərdə nərə balığı ehtiyatları tükəndiyi üçün onların sənaye üsulu ilə ovlanmasına müvəqqəti qadağa qoymağı təklif etmişlər. Qazaxıstan nümayəndəsi Xəzər hövzəsində nərə balıqlarının sayını dəqiqləşdirmək üçün müstəqil beynəlxalq ekspertlərin iştirakı ilə birgə kompleks tədqiqatlar aparmağın vacibliyini vurğulamışdır. Tədbir iştirakçıları bildirmişlər ki, Xəzər hövzəsində Dövlətlərarası vahid təkrar istehsal kompleksi yaratmaq yolu ilə nərə balığı ehtiyatlarını bərpa etmək və artırmaq mümkündür.