XƏZƏR İNTEQRASİYA İŞGÜZAR KLUBUNUN ÜZVLƏRİ AZƏRBAYCAN PREZİDENTİNƏ MÜRACİƏT QƏBUL ETMİŞLƏR
Müraciətdə klubun 100 nəfər üzvü adından Azərbaycan dövlətinin başçısı, Xəzər İnteqrasiya İşgüzar Klubunun fəxri üzvü İlham Əliyevə ölkədə iqtisadi sabitliyin və hüquq normalarının müdafiəsinin təmin edilməsinə, habelə iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının, respublika regionlarının sosial-iqtisadi inkişafı proqramının, özəl sektorun və sahibkarlığın dəstəklənməsinə əminliyə görə minnətdarlıq ifadə olunur.
Sahibkarlar və işgüzar adamlar bütün bunların vacibliyini nəzərə alaraq, Milli Məclisə seçkilər ərəfəsində dövlətimizin başçısına klubun üzvləri ilə görüşmək xahişi ilə müraciət etmişlər. Onların fikrincə, bu görüş Azərbaycanın mənafeyinə xidmət edəcək, müstəqil dövlətimizdə sahibkarlığın yaranmasına və inkişafına kömək göstərəcəkdir.
Müraciəti XİİK üzvü olan 100 şirkətin səlahiyyətli nümayəndələri imzalamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]