“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin yeni iş yeri məlum olub
Bakı, 26 aprel, AZƏRTAC
“Xəzər-Lənkəran” futbol klubunun sabiq baş məşqçisi Mirça Rednikin yeni iş yeri məlum olub.
AZƏRTAC xəbər verir ki, 61 yaşlı mütəxəssis Rumıniyanın “UTA Arad” komandasını çalışdıracaq. Təyinat barədə xəbər klubun rəsmi saytında yayımlanıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.
“UTA Arad” hazırda Rumıniyanın yüksək liqasında 16 komanda arasında 14-cü yeri tutur.
Xatırladaq ki, rumıniyalı mütəxəssis 2010-2011-ci illərdə “Xəzər-Lənkəran”ı çalışdırıb. O, Lənkəran komandasına Azərbaycan kubokunu qazandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]