Xəzərdə qanunsuz balıq ovlayan şəxs saxlanılıb
Neftçala, 20 may, Aydın Yavərzadə, AZƏRTAC
Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, su polisi əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan M.Xanməmmədov saxlanılıb. Həmin şəxsdən qanunsuz olaraq ovlanmış kütüm balıqları və müxtəlif növ ov qurğuları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:06]
Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO
- 01.10.2026 [12:05]
Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO
- 01.10.2026 [11:15]
Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq
- 01.10.2026 [11:10]
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO
- 01.10.2026 [09:35]
Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO
- 30.09.2026 [21:56]