“XƏZƏRDƏN BAXIŞ” PROQRAMININ NÖVBƏTİBURAXILIŞI GÖSTƏRİLƏCƏK
TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Abdulhəmid Avşar AZƏRTAC-a bildirmişdir ki, verilişdə Azərbaycanda yeni manata keçiddən, Həmrəylik günü münasibətilə keçirilmiş tədbirlərdən, Qurban bayramı ərəfəsində Türkiyənin ölkəmizdəki səfiri Turan Moralının məcburi köçkünlərlə görüşündən, Paris zirvə toplantısından əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan, 20 Yanvar faciəsindən ətraflı danışılacaqdır.
Verilişdə, həmçinin Rusiyanın təbii qaz probleminin həlli ilə bağlı yeni strategiyası və bunun Qafqaz bölgəsinə təsiri də müzakirə mövzusu olacaqdır. Yazıçı-jurnalist Rəşad Məcidlə aparılmış müsahibə də tamaşaçıların marağına səbəb olacaqdır.
Program fevralın 3-də Bakı vaxtı ilə saat 8.00-da və 1.30-da TRT-İNT, həmin gün saat 17.30-da TRT-TÜRK kanallarında göstəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:22]
İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:44]
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub
- 09.10.2026 [12:28]