Xidmət rəisi: Ötən il 27 bazar subyektinə maliyyə sanksiyası tətbiq edilib
Bakı, 18 yanvar, AZƏRTAC
Ötən il 27 bazar subyekti tərəfindən haqsız rəqabət hallarının əlamətləri könüllü aradan qaldırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, hesabat dövründə baxılması başa çatmış işlər üzrə 24 bazar subyektinə 649,6 min manat maliyyə sanksiyası tətbiq edilib.
“Bundan başqa, tələb olunan məlumatları və sənədləri təqdim etmədiyinə görə 3 bazar subyektinə 148,2 min manat maliyyə sanksiyası tətbiq olunub. İşlərə baxılması davam edir”, - deyə Məmməd Abbasbəyli vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:29]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:27]