SİYASƏT
XİN: Fransanın Cənubi Qafqazda mənfur neokolonialist təcrübəsini tətbiq etməyə çalışması qəbuledilməzdir
![XİN: Fransanın Cənubi Qafqazda mənfur neokolonialist təcrübəsini tətbiq etməyə çalışması qəbuledilməzdir](/files/2023/3/1200x630/16956361803747221421_1200x630.jpg)
Bakı, 25 sentyabr, AZƏRTAC
Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neokolonialist mənfur təcrübəsini tətbiq etməyə çalışması, Azərbaycan Ermənistan məsələsində xristianlıq faktorunu qabartması və keçmiş münaqişəyə din amili ilə yanaşması təhlükəli və qəbuledilməzdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti E.Makronun “TF1” və “France 2” kanallarına müsahibəsi zamanı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.