Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

XİN: Litvanın xarici işlər nazirinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

XİN: Litvanın xarici işlər nazirinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Bakı, 3 oktyabr, AZƏRTAC

Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabrın 2-də keçirilən iclası zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlər tamamilə əsassız və qəbuledilməzdir.

AZƏRTAC xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Litvanın xarici işlər nazirinin səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.

“Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın dalana dirəndiyini qeyd edən, Avropa Şurası Parlament Assambleyası ilə dialoqa, açıq məsələləri həll etməyə çağıran Litva xarici işlər nazirinə xatırlatmaq istərdik ki, dialoqu dayandıran və bundan imtina edən Azərbaycan deyil, məhz AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər parlament üzvü olub. Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində baş vermiş məlum addımdan sonra da Azərbaycan tərəfi müxtəlif kanallarla dialoqa açıqlığını, vəziyyətin həllində səmimi şəkildə maraqlı olduğunu nümayiş etdirib. Görünən odur ki, Avropa Şurası Nazirlər Komitəsində sədr olan Litva tərəfi Azərbaycanın AŞPA-da hüquqlarının əlindən alınmasından qətiyyən narahat deyil”, - deyə Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, AŞPA daxilində Azərbaycana qarşı son illər, xüsusilə də ərazilərimizin Ermənistanın işğalından azad edilməsindən sonra qərəzli yanaşmalar, ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salınmağa yönəlmiş cəhddir. AŞPA-da təmsilçilik Azərbaycanın haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsi zəruridir.

“Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri barədə məsələyə səs verdiklərinə görə Avropa Şurası Parlament Assambleyası deputatlarının Azərbaycana girişinə qoyulan qadağa ilə bağlı fikirlərə gəldikdə qeyd edək ki, bu qərar Azərbaycan Respublikasının qanunvericiliyi əsasında suveren hüququmuz çərçivəsində atılıb və bu tədbir bir çox ölkələrin, o cümlədən Avropa Şurası üzv dövlətlərinin mövcud təcrübəsinə uyğundur. Azərbaycan nümayəndələrini AŞPA-da görmək istəməyən parlament üzvlərini Azərbaycanda görmək kimi bir niyyətimiz və öhdəliyimiz yoxdur.

Nazir Landsberqisin AŞPA-nın tribunasından istifadə edərək Azərbaycanda insan hüquqları ilə bağlı səsləndirdiyi əsassız fikirləri də qətiyyətlə qınayırıq. Azərbaycanda milli qanunvericiliyə və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq bütün əsas hüquq və azadlıqlara tam hörmət edilir. Əsaslı sübutlar əsasında başlanmış və qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan təhqiqatları “ifadə azadlığını məhdudlaşdıran sanksiyalar” kimi qələmə vermək tamamilə yanlışdır.

Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə Ermənistana köçmüş ermənilərin hüquqlarının Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində qorunduğuna, onların geri qayıdış hüquqlarına hörmət edilməsinin vacib olduğuna istinad edən Litva naziri nədənsə Ermənistan ərazisindən qovulmuş 300 mindən çox azərbaycanlının hüquqları barədə danışmır.

Bu kimi qərəzli mövqedən çıxış etmək əvəzinə, Litva nazirinin öz fəaliyyətinə diqqət yetirməsi, həmçinin Azərbaycanla dialoq və əməkdaşlığın bərpası üçün zəruri addımlar atmağa AŞPA-ya çağırış etməsi daha yaxşı olardı”, - deyə Azərbaycan XİN rəsmisi vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Çili ilə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd edilib

Ciankarlo Alberti: Çilinin Bakıda konsulluq şöbəsi açılacaq

Misli Premyer Liqası: “Turan Tovuz” səfərdə xal itirib

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Xəzər rayonunda Zəfər Günü münasibətilə tədbir keçirilib

Britaniya Azərbaycanda keçiriləcək COP29 tədbirini qlobal iqlim fəaliyyəti üçün həlledici məqam sayır

Ankarada Azərbaycanın Zəfər Günü mövzusunda ekspert müzakirələri olub

Xalq var tarixini yazırlar, xalq var qanı ilə tarix yazır... ŞƏRH

COP29 konfransının proqramı açıqlanıb

Baham Adalarının xarici işlər naziri “ASAN xidmət”də

Dövlət Komissiyası tərəfindən təşkil edilmiş beynəlxalq konfransın yekun bəyanatı BMT-nin rəsmi sənədi kimi yayılıb

Dörd il əvvəl Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycan danışıqlar masası arxasında istəyinə nail oldu - ŞƏRH

“Kazinform” agentliyi COP29-dan yazıb

AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib

Azərbaycan tatarları Zəfər Gününü təntənə ilə qeyd ediblər

COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib

Qazaxıstanlı deputat: Azərbaycanın Qələbəsi Türk dünyası üçün böyük əhəmiyyətə malikdir

Pirallahıda Zəfər Günü təntənə ilə qeyd edilib

Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib

Romanın Müqəddəs İoann Lateran bazilikası 1700 illik yubileyini qeyd edir

Türkiyənin Bahceşehir Universitetində Zəfəri Günü qeyd edilib

“Su şəhidi” ləqəbli qəhrəmanın anım mərasimi keçirilib

Azərbaycanın Zəfər salnaməsinin memarı

İşğaldan azad olunmuş ərazilərdəki məktəblərdə maarifləndirmə tədbirləri keçirilib

Zəfər Günü Gürcüstanın Qardabani rayonunda da qeyd olunub

Conatan Pauel Britaniyanın yeni milli təhlükəsizlik müşaviri təyin edilib

Sercio Mattarella: Çindən daha çox investisiyaya ehtiyacımız var

Tarixi Zəfərin rəmzi – Azərbaycan Bayrağı

Britaniya müdafiə xərclərini artıracaq

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanı dəstəkləməyə davam edəcəyik

İtaliyada zəlzələ olub

Bazar gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan müdafiə naziri Qazaxıstanlı həmkarına başsağlığı verib

Türkiyə-Azərbaycan Universitetinin təcrübəsi başqa ölkələrdə də tətbiq ediləcək

ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçirib

Əziz Ələkbərli: Azərbaycan xalqını gələcəyə aparan lokomotiv öz müdrik rəhbərinə olan inamdır

Tbilisidə quduzluq xəstəliyinə yoluxma halları qeydə alınıb

Azərbaycan Qazaxıstanda keçirilən IX Beynəlxalq Teatr Festivalında təmsil olunur

COP29 ərəfəsində BANM-də keçiriləcək müsabiqənin təqdimatı olub

Qazaxıstanda helikopter qəzası baş verib

Səudiyyə Ərəbistanında Azərbaycanın Zəfər Günü qeyd olunub

Bolnisidə Zəfər Günü qeyd olunub

“AdjaraPS” portalı Azərbaycanın Zəfər Günündən yazıb

ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib

Filarmoniyada Zəfər Gününə həsr edilmiş konsert olub

Pərvin Kərimzadə: Üçrəngli Bayrağımız əzəmətlə müstəqil ölkəmizin mavi səmasında dalğalanır

Pakistanda dəmir yolu stansiyasında partlayış olub, azı 20 nəfər ölüb

Qərbi Azərbaycan İcması Dövlət Bayrağı Günü ilə bağlı bəyanat yayıb

Vətən müharibəsinin xronikası: 9 noyabr

İşğaldan azad edilmiş torpaqlarda bayram konsertləri təşkil olunub

Bayraq tikən dərzilər Vətən müharibəsi günlərində də dayanmadan işləyiblər - REPORTAJ - FOTO VİDEO

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

COP29-la əlaqədar 57 marşrutun hərəkət sxemi dəyişdirilir

Ötən gün polis əməkdaşları tərəfindən 11 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Gənclər Kitabxanasında Bayraq Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Tuvalunun Baş naziri Azərbaycana səfərə gəlib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Azərbaycanlı alim Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7-ci Şurasının üzvü seçilib

Marşal Adaları Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib

Malayziyada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Yol polisi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Leonid Slutski: Şuşanın vətənə qovuşması böyük sevincdir

“9 Noyabr - Azərbaycan Respublikası Dövlət Bayrağı Günü” adlı virtual sərgi təqdim olunub

Türkiyənin müdafiə naziri: Ümidvarıq ki, Ermənistan davamlı sülh fürsətindən istifadə edəcək

Bayrağımız qürurumuzdur - ŞƏRH

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Ankarada Zəfər Günü münasibətilə təntənəli tədbir olub

Azərbaycanın Rusiyadakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib VİDEO

Üçrəngli bayrağımız dövlətçiliyimizi, müstəqilliyimizi, milli birliyimizi təcəssüm etdirir - RƏY

Tanzaniyanın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Tovuzun Dövlət Rəmzləri Muzeyindən - REPORTAJ FOTO VİDEO

Qaydar Abdikerimov: Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının əsl vətənpərvər övladıdır

Ərdoğan: ABŞ-ın Yaxın Şərqdə hazırkı kursunun davam etdirilməsi münaqişələrin yayılmasına səbəb ola bilər

“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər keçirib

“Alimlərin Zəfər düşərgə”sində 100 alim iştirak edir

“Microsoft” Müqəddəs Pyotr Bazilikasında süni intellektlə gücləndirilmiş layihə təqdim edəcək

Türk Ticarət Sərgisində Azərbaycanın yaratdığı investisiya imkanları barədə geniş məlumat verilib

Eskişehirdə Zəfər Günü qeyd edilib

8 Noyabr - Zəfər Günü münasibətilə Praqada tədbir keçirilib

Türkiyə parlamentinin sədri Azərbaycanı təbrik edib: Qardaşlığımız əbədi olsun!

Üzeyir Hacıbəylinin ev-muzeyində Zəfər Günü tədbir keçirilib

Qalata Qülləsində Azərbaycan Bayrağı və Xarıbülbül təsviri əks olunub VİDEO

Tbilisidə Zəfər Gününə həsr olunmuş aksiya keçirilib

Naxçıvanda Zəfər Günü böyük təntənə ilə qeyd edilib VİDEO

Xətaidə bayram konserti təşkil edilib

Sumqayıtda Zəfər bayramı geniş konsert proqramı və atəşfəşanlıqla başa çatıb

Azərbaycan Könüllüləri Zəfər Günü münasibətilə silsilə tədbirlərdə iştirak ediblər

Zəfər Günü Tbilisidə silsilə tədbirlərlə qeyd olunub

Qazi Ramin Şirinov: Dörd il əvvəl bu gün biz uzun illərdən sonra möcüzəni gerçəkləşdirmişik

Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub VİDEO

Füzulidə Zəfər Gününə həsr edilən atəşfəşanlıq olub VİDEO

Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı VİDEO

Şuşada Zəfər Günü münasibətilə konsert keçirilib VİDEO

Türkiyədə TDT-nin xatirə sikkəsi satışa buraxılıb

Zəfər Günü Qarabağ bölgəsində yüksək bayram əhvali-ruhiyyəsi ilə qeyd edilib

Şəhid bacısı: 20 əsgəri ölümdən qurtaran SADİQ snayperlə vurularaq şəhid olub