Xınalıqda 16 sahibkara dəstək məqsədilə avadanlıqlar təqdim olunub
Xınalıq, 25 sentyabr, Leyla Muradzadə, AZƏRTAC
Xınalıqda turistlərə qonaq evi istiqamətində xidmət göstərən 16 sahibkara avadanlıqlar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində keçirilib. Sahibkarlara suqızdırıcısı, soba və qaz plitəsi verilib.
Qeyd edək ki, sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs siyahısında daxil edilməsinə dair qərar qəbul edilib. Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti Dövlət Turizm Agentliyinin tabeliyində “Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. Yeni qoruq ərazisi Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]
Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub
- 01.10.2026 [15:26]
Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu
- 01.10.2026 [14:17]
Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə
- 01.10.2026 [12:20]