Xızıda polis yolda qalan sürücülərə kömək edib
Xızı, 13 mart, Elxan Yusifli, AZƏRTAC
Xızıya qarın yağması ilə əlaqədar rayon polis şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir.
Rayon ərazisində nəqliyyatın hərəkəti inspektorlar tərəfindən tənzimlənir, sürücülərlə profilaktik söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumat verilir.
Bundan əlavə, şöbə əməkdaşları qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət edir, yollarda qalan və köməyə ehtiyacı olan vətəndaşlara köməklik göstərirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:38]
Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var
- 07.10.2026 [15:30]
Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək
- 07.10.2026 [14:49]
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
- 07.10.2026 [14:41]
Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb
- 07.10.2026 [12:57]
Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO
- 07.10.2026 [12:54]