DÜNYA
Xloya Sevinyi və Xavyer Bardem “Bədheybət”in ikinci mövsümündə baş rolları ifa edəcəklər
![Xloya Sevinyi və Xavyer Bardem “Bədheybət”in ikinci mövsümündə baş rolları ifa edəcəklər](/files/2024/1/1200x630/1705498668702362631_1200x630.jpg)
Bakı, 17 yanvar, AZƏRTAC
Xavyer Bardem və Xloya Sevinyi “Bədheybət” adlı serial-antologiyanın ikinci mövsümünün kastinqinə qatılıblar. “Deadline” xəbər verir ki, “Bədheybətlər: Layla və Erik Menendeslərin hekayəsi” televiziya filmində onlar 1989-cu ildə doğma oğulları Layl və Erik tərəfindən qəddarcasına qətlə yetirilmiş Xose və Kitti Menendes cütlüyünü oynayacaqlar. “İnterMedia” xatırladır ki, bundan əvvəl qardaşlar rollarını ifa etmək üçün gənc aktyorlar Nikolas Aleksandr Çaves və Kuper Kox seçilib.
AZƏRTAC xəbər verir ki, nəşrin məlumatına əsasən, serialda Natan Leyn də çəkiləcək (“Prodüserlər”, “Bir binada qətllər”), o, Menendes qardaşlarının məhkəmə işini “Vanity Fair” üçün işıqlandıran yazıçı və tədqiqatçı jurnalist Dominik Dann rolunu ifa edəcək.
“Netflix”, həmçinin bu hadisə barədə tammetrajlı sənədli film hazırlayır, burada qətlə və (1996-cı ildə ittiham hökmü ilə başa çatan) məhkəmə prosesinə, eləcə də ömürlük həbs cəzası çəkən Erik və Layl Menendeslər tərəfindən valideynləri ilə bağlı yeni aşkarlanan faktlarla bağlı bu yaxınlarda işin yenidən baxılması üçün apellyasiya şikayəti verilməsi faktına həsr olunmuş eksklüziv materiallar yer alıblar. Hələ ki, həm bədii, həm də sənədli filmlərin buraxılış tarixi açıqlanmayıb.
Layihənin prodüserləri qismində Rayan Mörfi və Yan Brennan çıxış edirlər. Baş silsilə qatil rolunda Evan Pitersin çəkildiyi “Bədheybət: Cefri Damerin hekayəsi”nin birinci mövsümü 2022-ci ilin sentyabrında debüt edən, bütün tarix ərzində “Netflix”in ən populyar ingilisdilli seriallarından birinə çevrilib və eyni zamanda, çoxsaylı mükafatlar qazanıb.