XOCALI FACİƏSİ İLƏ BAĞLI RUSİYA FEDERASİYASININ MÜXTƏLİF ŞƏHƏRLƏRİNDƏ ANMA TƏDBİRLƏRİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, fevralın 26-da Ümumrusiya Azərbaycan Konqresi Moskva şəhərindəki “Bakı” kinoteatrında Xocalı soyqırımına həsr edilmiş toplantı keçirəcək, faciə ilə bağlı sənədli film nümayiş etdirəcəkdir.
Azərbaycan Milli Mədəni Muxtariyyəti isə Sankt-Peterburq şəhərində anma tədbiri təşkil edəcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, fevralın 26-da Ümumrusiya Azərbaycan Konqresinin regional nümayəndəliklərinin təşkilatçılığı ilə Yekaterinburq, Samara, Vladivostok və digər şəhərlərdə də Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunacaq, faciə barədə ictimaiyyətə ətraflı məlumatlar veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]