XOCALI FACİƏSİ İLƏ BAĞLI SƏNƏDLİ FİLİM ÇƏKİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, martın 15-də Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin sədri Əhməd Erentok mətbuat konfransı keçirmişdir.Qurumun son üc ayda gördüyü işlər barədə məlumat verən Ə.Erentok bildirmişdir ki, bu yaxınlarda “Azərbaycan və Türkiyə tarixində erməni məsələsi” ilə əlaqədar Türkiyə Tarix Qurumu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, Bakı Dövlət Universiteti (BDU) və ATİB arasında imzalanmış əməkdaşlıq Protokolu və Bakı Bəyannaməsi çərçivəsində yaradılmış Əlaqələndirmə Şurasının Ankarada növbəti iclası keçirilmişdir.
Qeyd olunmuşdur ki, içlasda “erməni soyqırımı” iddiasına qarşı birgə mübarizə və Xocalıda ermənilərin törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı müzakirələr aparılmış, bununla bağlı sənədli və bədii filmin çəkilməsi, Azərbaycan-Türkiyə Tarix Fondunun yaradılması qərara alınmışdır.
Martın əvvəlində Almatı şəhərində Qazaxıstan Sənayeçilər və Sahibkarlar Birliyinin təşkilatçılığı ilə keçirilən Qara dəniz və Xəzər dənizi İş Adamları Konfederasiyaları Birliyi (UBCCE) idarəetmə komitəsinin birinci iclası bərədə məlumat verən ATİB sədri vurğulamışdır ki, tədbirdə UBCCE-nin 2007-ci il üçün iş planı və təşkilati məsələlər müzakirə edilmiş, regional iqtisadi inteqrasiya, biznes mühitinin inkişafı, sahibkarlıq və innovasiya komitələri formalaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]