XOCALI FACİƏSİ: MACARISTAN İCTİMAİYYƏTİ BİZİM KƏDƏRİMİZƏ ŞƏRİKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar fevralın 21-də Azərbaycanın Macarıstandakı səfirliyi Heydər Əliyev Fondunun dəstəyi ilə Budapeştin mərkəzindəki “Benzur Xaz”ın binasında Xocalı soyqırımı qurbanlarını anma gecəsi keçirmişdir.
Tədbirdə Budapeştdə akkreditə edilmiş diplomatik korpusun və macar ictimaiyyətinin nümayəndələri, jurnalistlər və Azərbaycan diasporunun üzvləri iştirak etmişlər. Qonaqlara 20 Yanvar faciəsi və Xocalı soyqırımı barədə ətraflı məlumat verilmişdir. Tədbirdə iştirak edənlər erməni cəlladlarının uşaqlara, qadınlara və qocalara qarşı törətdikləri vəhşiliklərdən bəhs edən, Heydər Əliyev Fondu tərəfindən təqdim olunmuş fotosənəd sərgisi və film ilə tanış olmuşlar.
Heydər Əliyev Fondu və Azərbaycan XİN tərəfindən dərc edilmiş “War against Azerbaijan” (“Azərbaycana qarşı müharibə”) kitabının təqdimatı olmuşdur.
Azərbaycanın Macarıstandakı diplomatik nümayəndəliyi xalqımızın tarixində faciəli hadisələrə həsr edilmiş press-relizlər hazırlayıb yaymışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]