Xocalı faciəsi qurbanlarının xatirəsi Latviyada ehtiramla yad ediləcəkdir
Riqa, 24 fevral (AZƏRTAC). Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar, fevralın 26-da Azərbaycanın Latviyadakı səfirliyinin təşkilati dəstəyi, “Ocaq” və “Azəri” cəmiyyətlərinin iştirakı ilə “Ocaq” mədəniyyət mərkəzində anım tədbiri keçiriləcəkdir. Tədbirdə Azərbaycan diasporunun və Azərbaycanın Latviyadakı səfirliyinin nümayəndələri ilə yanaşı, Latviya seyminin üzvlərinin, Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələrinin, ölkənin ictimai xadimlərinin, habelə KİV nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov, “Ocaq” mədəniyyət mərkəzinin və “Azəri” cəmiyyətinin sədrləri tədbirdə çıxış edəcəklər.
Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı haqqında informasiya anım mərasimində elektron slaydlar vasitəsilə nümayiş etdiriləcəkdir. Tədbirdə həmçinin videofilm göstəriləcək, Xocalı faciəsinə həsr edilmiş klipin təqdimatı olacaq, bu faciənin dəhşətlərini əks etdirən fotoekspozisiya hazırlanacaqdır.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]