Xocalı faciəsi qurbanlarının xatirəsi “Soyqırımı tarixinin dastanı” tamaşası ilə yad ediləcəkdir
Bakı, 7 fevral (AZƏRTAC). İrəvan Dövlət Azərbaycan Dram Teatrı Xocalı faciəsi qurbanlarının xatirəsini “Soyqırımı tarixinin dastanı” tamaşası ilə yad edəcəkdir.
Teatrdan AZƏRTAC-a bildirmişlər ki, birhissəli xronikal dramatik məzmunlu dastanın müəllifi teatrın direktoru, şair-dramaturq İftixar Piriyevdir.
Bu səhnə əsərində ermənilərin tarixən türklərə və azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı hadisələrindən, Xocalı faciəsindən, eləcə də türk generalı Nuru Paşanın və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlıqlarından bəhs olunmuşdur.
Bir həftədən sonra tamaşaya ictimai baxış keçiriləcəkdir.
Tamaşa fevralın 23-də Kürdəmir rayonunda Xocalı faciəsinə həsr ediləcək tədbirdə teatrın yaradıcı heyəti tərəfindən təqdim ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]