Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün elektron aksiya keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Gəncliyə Yardım Fondunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda paytaxtın məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsinə yekun vurulmuşdur.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himni səsləndirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Vəliyev və digər natiqlər müsabiqənin əhəmiyyətindən danışmış, ermənilərin xalqımıza qarşı törətdiyi zorakılıqlardan bəhs etmiş, Xocalı faciəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağın vacibliyini vurğulamışlar.
Çıxışlardan sonra qaliblər mükafatlandırılmışdır. 1-ci yeri Aydan Abdullayeva, 2-ci yeri Aysel Musazadə, 3-cü yeri Türkan Əliyeva tutmuşlar.
Tədbirdə Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün elektron aksiya da keçirilmişdir.
Xatırladaq ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi artıq bu gündən Azərbaycan gəncləri adından dünya birliyinə və beynəlxalq təşkilatların 10000-dən artıq ünvanına Xocalı soyqırımının 19 illiyi ilə əlaqədar məlumat göndərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]