XOCALI FACİƏSİNİN 16-CI İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ORTA ASİYA ÖLKƏLƏRİNDƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar Orta Asiya dövlətlərində anma mərasimləri keçiriləcək, şəhidlərimizin, soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad ediləcəkdir.
Fevralın 26-da Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası faciə qurbanlarının xatirəsini yad edəcəklər.
Qazaxıstanın Astana şəhərində “Xəzər” İctimai Birliyi Azərbaycanın bu ölkədəki səfirliyinin binasında anma mərasimi, Aktau şəhərində isə “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi ilə “Turan” Konqresi Qazaxıstan Xalqları Assambleyasının binasında Xocalı soyqırımı ilə bağlı konfrans keçirəcəklər. Hər iki tədbir fevralın 26-na təyin edilmişdir.
Qırğızıstanda fəaliyyət göstərən “Azəri” İctimai Birliyi, “Türk Dünyasının Siyasətinə Dəstək” İctimai Fondu və Azərbaycan səfirliyi birgə Qırğızıstan Xalqları Assambleyasının binasında konfrans keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]