Xocalı faciəsinin ildönümü Ağcabədidə geniş qeyd olunmuşdur
Ağcabədi, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 19-cu ildönümü Ağcabədi rayonunda da qeyd edilmişdir.
Soyqırımın ildönümü münasibətilə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında keçirilmiş tədbirdə filialın direktoru professor Xaqani Məmmədov, müəllim və tələbələr çıxış edərək qanlı faciə barədə danışmış, Xocalıda törədilənləri bəşəriyyətə qarşı ən amansız cinayət adlandırmışlar. Tədbirdə tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya, faciəyə həsr olunmuş film göstərilmişdir.
Fevralın 26-da Ağcabədi şəhərində ümumrayon tədbiri keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarınından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə tər çiçəklər düzmüş, şəhidlərin ruhuna dualar oxumuşlar.
Tədbir rayon mədəniyyət evində davam etdirilmişdir. Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” filmi, məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]