Xocalı faciəsinin ildönümü Bərdədə silsilə tədbirlərlə qeyd edilmişdir
Bərdə, 25 fevral (AZƏRTAC). Xocalı faciəsinin 19-cu ildönümü Bərdədə silsilə tədbirlərlə qeyd edilmişdir.
Müəssisə və təşkilatlarda, təhsil müəssisələrində, əmək kollektivlərində konfranslar, disputlar, xatirə gecələri, Xocalı hadisələrinin şahidləri ilə görüşlər keçirilmiş, sərgi və guşələr təşkil olunmuş, faciə qurbanlarının xatirəsi anılmışdır.
Fevralın 25-də faciənin ildönümü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə tər çiçəklər düzmüş, rayon icra hakimiyyətinin inzibati binasının foyesində faciənin acı nəticələrini əks etdirən sərgiyə baxmışlar.
Sonra Xocalı faciəsindən bəhs edən sənədli film göstərilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseynova 19 il əvvəl erməni hərbi qüvvələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilən qətliamdan danışmışlar.
Xocalı sakini Ramiz Qəhrəmanov canlı şahidi olduğu o müdhiş gecənin dəhşətli anlarından söz açmışdır.
Xocalıdan olan bir qrup şəhid ailəsinə və əlilə yardım edilmişdir. Tədbir məktəblilərin ifasında ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]