Xocalı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, fevralın 25-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Əvvəlcə Xocalı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ümummilli lider Heydər Əliyevin təkidi və təşəbbüsü ilə ilk dəfə 1994-cü ildə Xocalı faciəsinin soyqırımı kimi qiymətləndirildiyini vurğulamış, ölkə Prezidentinin Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına müraciətini diqqətə çatdırmışdır.
Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov faciənin 19-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox ölkələrində geniş təbliğat-təşviqat işlərinin aparıldığını, “Xocalıya ədalət” şüarı ilə silsilə tədbirlərin keçirildiyini qeyd etmişdir.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin soyqırımı kimi tanınması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü işlər barədə danışmışlar.
Sonda nazir Ə.Abbasov Xocalıdan olan rabitə işçiləri ilə görüşmüş, problemləri ilə maraqlanmış, müvafiq tapşırıqlar vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]