Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı sakini: Almanların “ölüm düşərgəsi”ndən xilas olan atam erməni əsirliyindən qurtula bilmədi...

Bakı, 22 fevral, AZƏRTAC

Gözü yolda, qulağı səsdə yaşamaq çox ağır dərddir. Neçə il keçir-keçsin, nə qədər vaxt ötür-ötsün, gözləntin hasil olmayana qədər səksəkə içində olursan. Gözün yollardan yığılmır, qulağın həmişə səsdə olur...

İman Allahverdiyev 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib və Xankəndidəki mebel fabrikində texniki nəzarət şöbəsinin rəisi işləyib. Ötən əsrin 80-ci illərinin axırlarında ailə həyatı qurub, bir-birinin ardınca Leyla, Günay və Aysel adlı qızları dünyaya gəlib. Elə həmin illərdə Xankəndidə azərbaycanlılar yaşayan məhəllələr yandırılandan sonra yaşadığı Xocalı şəhərində özünümüdafiə dəstəsinin fəal üzvlərindən olub. Sonralar isə ətraf rayonlara gedərək şəhərin ərzaq və yanacaq təchizat məsələləri ilə məşğul olub.

- Atam Savalan Abbasov İkinci Dünya müharibəsinin iştirakçısı idi. O, müharibənin gedişində almanlara əsir düşüb və 29 gündən sonra “ölüm düşərgəsindən” xilas olmuşdu. Lakin qəddar və qaniçən erməni quldurları 83 yaşlı atama ömrünün ixtiyar çağlarında rəhm etmədilər, - deyə Xocalı sakini İman Allahverdiyev ürək ağrısı ilə AZƏRTAC-a söhbət açır: “O, Dəhraz kəndinə doğru istiqamət götürüb. Onu axırıncı dəfə faciə gecəsi qaçıb-qurtulmağa çalışan şəhər sakinləri Kətik meşəsində görüblər. Şahidlər deyirlər ki, qoltuğundakı çörəyi hissələrə bölərək qarlı meşədə ağacların arasına sığınan ac-susuz sakinlərə paylayıb. Atam polis işçisi Şahin Haqverdiyevlə birlikdə gəlirmiş. İrəlidə bir dəstə adam onlara əl edərək Azərbaycanca “gəlin, gəlin” deyə çağırıb. Yaxınlaşanda onların erməni olduğunu başa düşüblər, Şahin gənc olduğundan özünü xəndəyə ataraq qaçmağa üz qoyub, quldurlar arxadan onu atəşə tutmağa başlayıblar. Lakin bu hadisədən sonra nə atamın, nə də Şahinin taleyindən heç bir xəbər olmadı.

Böyük bacım Çiçəyin Bakıda ovaxtkı Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almağına baxmayaraq yerli sakinlərə köməyə gələn nəvəsi Ülfət şəhid oldular. Bacım oğlu Əbülfət iki güllə yarası ilə Ağdama gəlib çıxsa da, onu həyatda saxlamaq mümkün olmadı. Elə həmin ağır günlərdə aldığı yaralardan həyatını itirdi. O biri bacım Göyçəyin həyat yoldaşı Mürşüd, qızı Heyran və qızının həyat yoldaşı Firdövsi iki uşaqla əsir düşüblər. Xocalıda hər iki valideynini itirmiş 25 uşaqdan biri də bacım Göyçəyin nəvəsi Mehdidir, onu ata babası İsa kişi özü ilə gətirmişdi. Dayım oğlu, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov partizan hərəkatında, döyüş əməliyyatlarında fəal iştirak edib. O, meşədən çıxıb Qarqarçayı keçmək istəyən sakinlərə, onların təhlükəli ərazidən uzaqlaşmasına kömək edib. Xocalı sakinlərinin meşə yolu ilə keçib gəlməsinə yardımçı olan igid döyüşçü həmin hadisələr vaxtı erməni gülləsinin qurbanı olub”.

İmanın həyat yoldaşı Aygünün ailə üzvləri də çox böyük məhrumiyyətlə üzləşiblər. Onun anası İzabella, qardaşları Sərvər, Sərdar və Zahir çox böyük çətinliklər hesabına Qarqarçayı adlayandan sonra qarlı və uzun yollar keçərək Ağdama yetişə biliblər. Qarqarçayı keçərkən Aygünün 10 yaşlı qardaşı Allahverdi çaya düşüb. Özündən iki yaş böyük qardaşı Sərvər onu kürəyinə alıb çayı keçirərkən ayağı sürüşüb, yaxınlıqda olanlar onları birtəhər suyun içindən çıxarsalar da, hər iksini don vurub. Sərvər çətinliklə də olsa, xilas olub. Lakin uşağı nə qədər şala bürüsələr də, Allahverdinin həyatını xilas etmək mümkün olmayıb. Dəfələrlə çaya girib çıxaraq sakinlərə kömək edən Zahidin də ayaqlarını don vurub və elə donvurma nəticəsində həlak olub. Aygünün atası Səttar Ağayevi və anasını ermənilər girov götürüblər. Bir neçə gün sonra anası İzabella azad edilsə də, atasının əsirlik həyatı 40 günə yaxın davam edib. Əsirlikdən azad ediləndən sonra Səttar kişi aldığı xəsarətlərdən uzun müddət müalicə olunub. Bir neçə il bundan əvvəl vəfat edib. Həmin dəhşətli günlərdə Zahirin də ayaqlarını don vurmuşdu və indiyə qədər o, bundan əziyyət çəkir.

Aradan 32 il keçsə də, Xocalı sakini İman Allahverdiyev baş verənləri dəhşətli bir yuxu kimi xatırlayır:

-Atamın taleyindən nigaranlıq məni rahat buraxmır. Xocalıda aşkar edilən kütləvi məzarlıq orada qətlə yetirilən kimlərinsə taleyinə aydınlıq gətirə bilər. Mən də, digər ailə üzvlərimiz də bu məqsədlə qan analizləri vermişik. Hesab edirəm ki, orada başqa məzarlıqlar da üzə çıxacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib