Xocalı soyqırımı qurbanlarının xatirəsi İtaliyada da anılacaqdır
Bakı, 22 fevral (AZƏRTAC). Fevralın 24-də İtaliyanın Busto Qarolfo şəhərində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyası, Orizon məktəbi və şəhər bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Xocalı soyqırımı ilə bağlı sənədli film göstəriləcək, faciə və onun dəhşətli nəticələri haqqında ətraflı məlumat veriləcəkdir. Orizon məktəbinin kollektivinin soyqırımı qurbanlarının xatirəsinə ithaf etdiyi rəqs kompozisiyası nümayiş olunacaqdır.
Tədbirdə ölkəmizin İtaliyadakı səfirliyinin əməkdaşları, şəhər rəsmiləri, jurnalistlər, Torino və başqa şəhərlərdə yaşayan azərbaycanlılar iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]