Xocalı soyqırımı tələbə və şagirdlərin gözü ilə
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri BDU-nun rektoru, akademik Abel Məhərrəmov açmış, Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rektor Xocalı faciəsinin nəticələri barədə danışmış, bunun insanlıq tarixində ən amansız terror hadisəsi olduğunu qeyd etmişdir. Soyqırımın ermənilərin etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu bildirən rektor tariximizi yaxşı öyrənməyin vacibliyini vurğulamışdır. Erməni qəsbkarlarının törətdikləri vəhşiliklər nəticəsində xocalıların əlli faizinin məhv edildiyini xatırladan A. Məhərrəmov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu hadisəyə siyasi-hüquqi qiymət verildiyini, xalqımızın haqq səsinin dünyaya bəyan olunduğunu diqqətə çatdırmışdır.
BDU-nun “Gənc istedadlar” liseyinin şagirdləri “Xocalı uşaqların gözü ilə” adlı ədəbi-bədii kompozisiya təqdim etmişlər.
Tələbələr Xocalıya həsr olunmuş şeirlərdən parçalar BDU-da tədris olunan 14 dildə səsləndirmişlər. Həmçinin universitet tələbələri Xocalının tarixi, coğrafi ərazisi, bitki və heyvanat aləmi haqqında məlumat vermişlər.
Tədbirdə xocalıların müsibətlərini əks etdirən videoçarx göstərilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]