“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Tərtərdə 613 ağac əkilib
Tərtər, 26 fevral, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımında erməni faşistləri tərəfindən xüsusi qəddarlıqla öldürülmüş 613 nəfər Xocalı sakininin xatirəsini yad etmək məqsədilə Tərtərdə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Tərtər-Bərdə, Tərtər-Şıxarx avtomobil yollarının kənarına 613 ədəd Eldar şamı, göyrüş və akasiya ağacları əkilib. Rayon ictimaiyyətinin nümayəndələrinin, idarə, müəssisə, təşkilatların kollektivlərinin, könüllülərin iştirak etdiyi aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub. Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.