Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocavənddə intensiv bağların sahəsi genişləndirilir, Qarabağ məhsulu xarici bazarlara çıxarılır VİDEO

Xocavənd, 9 iyul, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası çərçivəsində Xocavənd rayonunda müasir intensiv bağçılıq sürətlə inkişaf edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində innovativ texnologiyalar əsasında salınan meyvə bağlarının sahəsi ildən-ilə genişlənir. Müasir damlama suvarma sistemləri, yüksək məhsuldar xarici sortlarla yanaşı, Azərbaycanın yerli meyvə sortlarının becərilməsi məhsuldarlığın artırılmasına və ixracyönümlü istehsalın genişləndirilməsinə imkan yaradır. Yeni Dövlət Proqramında da intensiv bağçılığın genişləndirilməsi, müasir aqrotexnologiyaların tətbiqi və ixrac potensialının artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sulhəddin Ələsov bildirib ki, Xocavənd rayonu ərazisində kənd təsərrüfatı işləri uğurla davam etdirilir. "Rayon üzrə ümumilikdə 17 min 136 hektar sahədə əkin aparılması ilə bağlı elektron bəyannamə verilib. Bəyannamələrin böyük əksəriyyəti taxılın payına düşür. Bu da 15 min hektardan çoxdur. Rayon ərazisində birillik bitkilərlə yanaşı, çoxillik bitkilər üzrə də artım dinamikası var ki, artıq meyvə bağlarının sahəsi 1173 hektara bərabərdir və bu bağlar intensiv bağlar sayılır. Həmin bağlar əsasən rayonun işğaldan azad olunan ərazilərində salınıb. Binədərəsi adlı ərazidə yerləşən intensiv meyvə bağı 83 hektardır. Burada şaftalı və nektarin intensiv texnologiyalar əsasında becərilir. Bundan başqa, rayon ərazisində fındıq, qoz, xurma bağları da mövcuddur. Bağlar yeni salınmasına baxmayaraq, məhsul daxili bazarla yanaşı, sifarişə uyğun olaraq xaricə də ixrac edilir. Məlum olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən investisiya müsabiqələri keçirilir. Artıq 4-cü müsabiqə keçirilib və torpaqlar investorlara təhkim edilib. Bu prosesdə, həmçinin Xocavənd rayonunun işğaldan azad edilən ərazilərində minalardan təmizlənən sahələr də daxildir və bu iş davam etdirilir. Rəsmi mənbələrə görə, Xocavənd rayonu ərazisində 27 min hektardan çox əkinə yararlı torpaq mövcuddur ki, bunun da bir qismi təmizlənərək investorlara təqdim olunub. Xocavənddə salınan intensiv bağlarda məhsul istehsalı artıq praktiki nəticələr verməyə başlayıb. Müasir becərmə üsullarının tətbiqi, su təminatının yaxşılaşdırılması və aqrotexniki qulluq yüksəkkeyfiyyətli məhsul yetişdirilməsinə şərait yaradıb".

Bağı salan MMC-nin direktor müavini Elnur Mehdiyev işğaldan azad olunan Xocavənd rayonu ərazisində 200 hektar sahəni əhatə edən və innovativ texnologiyalar əsasında meyvə bağları saldıqlarını bildirib. "Bunun 85 hektarı rayonun Binədərəsi adlı ərazisindədir. Bağın tərkibində şaftalı, nektarin, armud və nar becərilir. 2024-cü ildə salınan bağlarımız müasir damlama suvarma sistemi ilə suvarılır. Eyni zamanda, suvarma üçün ərazidə artezian quyuları qazılıb, kommunikasiya xətləri çəkilib. Bu il nektarin bağında ilk kütləvi məhsul yığımımız olub və ilkin mərhələdə 100 tondan çox birinci növ məhsul tədarük olunub. İkinci yığımımız da yaxın iki həftə ərzində olacaq və həmin mərhələdə də 100 tondan çox məhsul götürməyi planlaşdırırıq. Edilli kəndində də ərik bağımız var və oradan bu il 50 tondan çox məhsulumuz olub. Bağların salınmasında və becərilməsində dövlət dəstəyinin mühüm rolu var. Eyni zamanda, Dövlət Proqramında nəzərdə tutulan yeni dəstək mexanizmləri bizə imkan yaradır ki, bağlarımızın sahəsini artıraq. Gələcəkdə meyvə bağlarımızı 1000 hektara çatdırmağı planlaşdırırıq".

Bağlarda yalnız yüksək məhsuldarlığı ilə seçilən xarici sortlar deyil, Azərbaycanın yerli meyvə sortlarının da becərilməsi genişləndirilir. Məqsəd həm daxili bazarın tələbatını ödəmək, həm də dünya bazarlarında rəqabətqabiliyyətli məhsulların ixracını artırmaqdır.

Türkiyəli aqronom Hacımurad Bersoy Qarabağda bağların salınmasında iştirak etdiyi üçün qürur duyduğunu deyib. "Demək olar ki, artıq 10 ildir Azərbaycandayam. Əsas hədəf müasir bağların salınması və ixracyönümlü məhsul becərməklə iqtisadiyyata dəstək olmaqdır. Azərbaycanın Qarabağda əldə etdiyi Zəfərdən sonra artıq bu yerlərə gələrək münbit torpaqlarda meyvə bağlarının salınmasına nail olduq. Şəhidlərimizin qanı bahasına azad edilən torpaqlarda çalışmaq qürurverici hissdir. Bağçılıq sahəsində olan 30 illik təcrübəmlə çalışıram ki, Qarabağda bağların salınmasına bir dəstəyim olsun. Ona görə də, ən yüksək texnologiyalar və dünya təcrübəsindən istifadə edirik. Kollektiv olaraq bu işi ərsəyə gətirmək üçün əlimizdən gələni edirik. Bu bağların salındığı iki il yarım olmasına baxmayaraq, ağaclar 5 yaşındakı ağaclar kimi inkişaf edib. Ötən il də məhsulumuz olub, lakin bu il ilk kütləvi yığımımız oldu və davam edir. Burada xurma, qoz, gilas, nar, şaftalı, nektarin və gavalı bağlarımız var ki, bunların da əksəriyyəti dünya bazarlarında əsas tələbat olan sortlardan əkilib. Eyni zamanda, bizim hədəflərimizdən biri də Azərbaycanın yerli sortlarını inkişaf etdirməkdir. Artıq bu torpaqlarda Ordubad əriyi və yerli Azərbaycan nar sortlarının da sahələrini genişləndiririk. Bundan başqa, Qarabağda alma bağlarının salınması və xurma bağlarının daha da genişləndirilməsi planımız var. Əsas hədəf Azərbaycan iqtisadiyyatının inkişafı və məhsulların xarici bazarlara çıxarılmasıdır. Çünki Azərbaycanın əlverişli iqlim şəraiti buna imkan verir ki, bağların sahələrini genişləndirək".

Xocavənddə yaradılan müasir intensiv bağlar işğaldan azad edilmiş torpaqlarda aqrar istehsalın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Dövlət dəstəyi, müasir texnologiyaların tətbiqi və ixracyönümlü istehsal hesabına bağların sahəsinin gələcək illərdə daha da genişləndirilməsi, Qarabağın yüksəkkeyfiyyətli meyvəçilik mərkəzlərindən birinə çevrilməsi və Azərbaycan mənşəli məhsulların xarici bazarlarda mövqeyinin möhkəmləndirilməsi əsas hədəflər sırasındadır.

Müxbir-Aydın Yavərzadə

Xocavənddə intensiv bağların sahəsi genişləndirilir, Qarabağ məhsulu xarici bazarlara çıxarılır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına