XORVATİYA GENERALI HAAQAYA GÖNDƏRİLDİ
Qotovina yaxalandıqdan sonra Madriddə saxlanıldığı həbsxananı tərk etmiş və onu İspaniya hərbi təyyarəsi ilə Niderlanda gətirmişlər.
Xatırladaq ki, Qotovina dekabrın 8-də səhər Kanar adalarında restoranda yaxalanmışdır. O, Xorvatiyanın serb əhalisinə qarşı hərbi cinayətlərdə təqsirləndirilir. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal hesab edir ki, general 1995-ci ildə 150 serbin öldürülməsinə görə məsuliyyət daşıyır.
Bu ittihamlar hələ 2001-ci ildə irəli sürülmüşdü, lakin generalın harada gizləndiyi son vaxtlaradək məlum deyildi. Qotovinanın həbs edilməsi Xorvatiyanın Avropa İttifaqına qoşulması üçün ölkə hökumətinin yerinə yetirməli olduğu əsas şərtlərdən biri idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]