Xorvatiyada Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar fotosərgi açılıb
Zaqreb, 30 oktyabr, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı ilə Zaqreb şəhərinin “Avropa” meydanında “Azərbaycan - Müstəqilliyin Bərpasının 30 illiyi” adlı fotosərginin açılışı olub.
Sərgidə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından sonra ötən 30 il ərzində ölkəmizin sürətli inkişafı və müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər ilə yanaşı xalqımızın özünəməxsus mədəniyyəti, ecazkar təbiəti nümayiş edilib.
Zaqreb şəhərinin mərkəzində yerləşən “Avropa” meydanına qoyulmuş stendlərdə siyasi, iqtisadi, tarixi, mədəni, arxitektura, mətbəx və digər mövzuları əks etdirən şəkillər şəhər sakinlərinin və turistlərin marağına səbəb olub.
Ümumilikdə 20 stend təqdim olunub. Sərgi noyabrın 4-dək davam edəcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb