“YADDAŞ” VƏ “QILINC VƏ QƏLƏM” MÜKAFATLARININ TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
Təbliğ Bürosundan AZƏRTAC-ın müxbirinə demişlər ki, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş təqdimat mərasimini mükafatlandırma komissiyasının sədri professor Nizaməddin Şəmsizadə açmışdır. O, qalibləri seçim prosesindən danışaraq bildirmişdir ki, komissiyaya 100-dən artıq müəllif-yazıçı, şair, tədqiqatçı öz əsərlərini təqdim etmişdir. Komissiya üzvləri onları diqqətlə nəzərdən keçirib yekdil rəyə gəlmişdir. Müəlliflərdən 10 nəfəri “Yaddaş”, 8 nəfəri isə “Qılınc və qələm” mükafatına layiq görülmüşdür. Onların arasında xalq yazıçıları Elçin, Sabir Əhmədov kimi tanınmış qələm sahibləri ilə yanaşı, Elçin Hüseynbəyli, Gülşən Əliyeva, Bəsti Əlibəyli kimi gənclər də vardır.
Qaliblərə mükafatlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]