“Yalama Aqropark"dakı yanğınla bağlı son vəziyyət
Xaçmaz, 17 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən “Yalama Aqropark”da baş verən yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 16-sı günorta saatlarından başlayan yanğın artıq tam məhdudlaşdırılıb və ərazidə soyutma işləri görülüb.
Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və 4 yanğınsöndürən maşını var.
Yanğın aqroparkın 5 min kvadratmetrə yaxın ərazini əhatə edən ot anbarında baş verib. Anbardakı ot ehtiyatı kipləşdirilmiş bağlamalarda saxlanılırdı. Yanğınsöndürənlər tərəfindən yanğının heyvandarlıq kompleksindəki fermalara keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, “Yalama Aqropark” ölkə üzrə ən iri heyvandarlıq təsərrüfatlarından biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:38]
Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
- 05.10.2026 [11:57]
“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır
- 05.10.2026 [11:50]
Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır
- 05.10.2026 [11:40]
AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək
- 05.10.2026 [10:29]