YANĞIN AVTOMAŞINI YARARSIZ VƏZİYYƏTƏ SALMIŞDIR
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin ictimaiyyətlə əlaqələr mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Bilgəh-Buzovna şosesində yol qəzası nəticəsində baş vermiş yanğın sahibi məlum olmayan “VAZ-2106” markalı avtomobili yararsız vəziyyətə salmışdır.
Əzizbəyov Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır, avtomaşının sahibi müəyyənləşdirilir.
Zaqatala rayonunun Lahıc kəndində isə Nəbi Hacıəhmədova məxsus iki otaqlı evin tavanı və çardağı yanmışdır. Hadisənin başvermə səbəbi odun sobasının həddən artıq qızması güman edilir.