Yanvar-avqust aylarında pensiya ödənişlərinə 3 milyard 797 milyon manat vəsait yönəldilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Səkkiz ay ərzində pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz (523 milyon manat) çox olmaqla 3 milyard 797 milyon manat vəsait yönəldilib.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, pensiyaların artırılması istiqamətində növbəti addımlar olaraq, bu il fevralın 1-dən minimum pensiya 240 manatdan 280 manata çatdırılıb. Keçən il pensiyaçılara verilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək bu artımdan sonra pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə 14,7 faiz indeksləşdirilməklə artırılıb.
Bu ilin yanvar-avqust aylarında pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 435 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb.
Qeyd olunan dövrdə 21,1 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 92,5 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:54]
Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]