Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib
Bakı, 19 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 2159-u təkərli oturacaq, 399-u aşağı və yuxarı ətraf protezi, 507-si qoltuqaltı və dirsəkaltı ağac, 423-ü eşitmə aparatı olub. Həmçinin əlilliyi olan şəxslərə 560 cüt protez ayaqqabı, 927 cüt ortopedik ayaqqabı, 13 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin 2 ayı ərzində ümumilikdə 3,1 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsilə təmin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:01]
Gürcüstanda müəllim də, valideyin də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [19:59]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [18:42]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:13]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]