Yanvar-noyabr aylarında 131,4 milyon dollarlıq polietilen ixraca göndərilib
Bakı, 18 dekabr, AZƏRTAC
Yanvar-noyabr aylarında Azərbaycandan 105,1 min ton polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 131,4 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2021-ci ilin eyni aylarında 160 milyon dollarlıq 128,8 min ton polietilen ixrac olunub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]