Yanvarın 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın arabir yağıntılı olacağı, qar yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Çovğun olacağı ehtimalı vardır.
Temperatur gecə və gündüz 0-2° isti, axşam 3°-dək şaxta, Bakıda gecə və gündüz 0-2° isti, axşam 3°-dək şaxta olacaqdır.
Atmosfer təzyiqi normadan yüskək 765 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı, axşam bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 1-6° şaxta, dağlıq ərazilərdə 10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 4-9° şaxta, gündüz 0-4° şaxta təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağıntı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir qar yağacağı, axşam bəzi yerlərdə güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı, axşam bəzi yerlərdə sulu qara keçəcəyi, arabir intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti təşkil edəcəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 0-3° isti, gündüz 3-6° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-3° isti təşkil edəcəkdir.
Xəbərdarlıq
Yanvar ayının 30-dan başlayaraq həftənin sonunadək ölkə ərazisində hava şəraitinin günü-gündən kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 30-da axşam və 31-də 1-3° şaxta, fevralın 1-2-də gecə saatlarında 4-6° şaxta, gündüz saatlarında 0-3° şaxta təşkil edəcəkdir.
Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı vardır. Yollar buz bağlayacaqdır.