Yanvarın 31-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Gecə və gündüz 1-3°, axşam 5°-dək şaxta, Bakıda gecə və gündüz 1-3°, axşam 5°-dək şaxta olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 783 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Temperatur gecə 5-10°, dağlıq ərazilərdə 10-14°, gündüz 0-5° şaxta təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Çovğun olacağı ehtimalı vardır.
Temperatur gecə 5-10°, gündüz 2-7° şaxta təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Çovğun olacağı ehtimalı vardır.
Temperatur gecə 0-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Çovğun olacağı ehtimalı vardır.
Temperatur gecə 5-10°, gündüz 0-5°, dağlarda gecə 10-15°, gündüz 5-10° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Çovğun olacağı ehtimalı vardır.
Temperatur gecə 0-4° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcəkdir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Çovğun olacağı ehtimalı vardır.
Temperatur gecə 0-4° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 4-8°, gündüz 0-4° şaxta təşkil edəcəkdir.
Tibbi-meteoroloji xəbərdarlıq
Yanvarın 31-də çox əlverişsiz olan güclü küləkli, şaxtalı və qarlı hava şəraitində, eləcə də fevralın 1-i və 2-də gecə saatlarında güclü şaxtalar zamanı uzun müddət açıq havada qalmaq məsləhət deyil.