YAP ASTARA RAYON TƏŞKİLATINDA HESABAT-SEÇKİ YIĞINCAQLARI KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının VI konfransına hazırlıqla əlaqədar ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir.
107 ilk partiya təşkilatında keçirilən toplantılarda əvvəlki konfransdan ötən müddətdə görülmüş işlər, qarşıda duran vəzifələr müzakirə edilir.
Hesabat-seçki yığıncaqlarında partiyanın şura və idarə heyətinin üzvləri, rayonun rəhbər işçiləri iştirak edirlər.