Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP Səbail rayon təşkilatında 27 Sentyabr - Anım Günü qeyd olunub

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə, həmçinin 27 Sentyabr - Anım Gününə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının fəalları, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, şəhid ailələri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Anım Günü ilə bağlı videoçarx nümayiş olunub .

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul olunub. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik ideyalarının bu gün uğurla davam etdirilməsi, Azərbaycanın suverenliyinin və müstəqilliyinin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev siyasi varis olaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edib, müstəqil və güclü dövlət quruculuğu yolunda mühüm tarixi addımlar atıb. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər bu siyasətin real nəticəsi olmaqla yanaşı, ölkəmizin tam suverenliyinin bərpası deməkdir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də məhz bu ideoloji və tarixi xəttin davamı kimi dəyərləndirilib.

27 Sentyabr – Anım Günü hər bir azərbaycanlı üçün həm hüzn, həm də qürur günüdür. Bu gün biz qəhrəman şəhidlərimizi yad edir, onların ruhu qarşısında baş əyirik. Eyni zamanda, qürur duyuruq ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz torpaqlarını işğaldan azad edib. Muxtar Nağıyev çıxışında, həmçinin 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu təşəbbüs Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi, müstəqillik dəyərlərinin təbliği baxımından tarixi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Vətən müharibəsində qazanılan tarixi Zəfərin milli həmrəyliyin, güclü rəhbərliyin və xalq–ordu birliyinin parlaq nümunəsi olduğunu bildirib. “27 sentyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilib. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk. Eyni zamanda, xalqımızın suverenliyi və konstitusion dəyərləri uğrunda göstərdiyi fədakarlığı yüksək qiymətləndiririk”, - deyə Ceyhun Məmmədov qeyd edib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı tədbirin ictimai və elmi əhəmiyyətini vurğulayıb. O bildirib ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və bu qəhrəmanlığın gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın borcudur. Muzeyin ekspozisiyalarında və sərgilərində milli yaddaşın qorunmasına xüsusi önəm verilir. O, həmçinin Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsini gənclər üçün tarixi və hüquqi maarifləndirmə baxımından mühüm imkanlar yaratdığını qeyd edib.

Çıxış edənlər 27 sentyabr tarixinin Azərbaycan xalqı üçün müqəddəs və qürurverici bir gün olduğunu vurğulayıb, Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd ediblər.

Tədbirdə Vətən müharibəsi şəhidi Elşən Müslümovun anası Şövqiyyə xanım, Vətən müharibəsi qazisi, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev, Şuşa fatehi şəhid Səid Cəfərovun bacısı Aygün Cəfərova, Xüsusi Təyinatlı Qüvvələrin şəhid kapitanı Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov və Vətən müharibəsi şəhidi Fəqan Zalovun qardaşı, qazi Nicat Zalov çıxış edərək xalqımızın müstəqillik uğrunda göstərdiyi qətiyyət və həmrəylikdən, şəhidlərin qəhrəmanlığından danışıb, dövlətimizin güclü rəhbərliyi altında əldə edilən tarixi Zəfər haqqında çıxışlar ediblər. Çıxışlarda şəhid ailələri və qazilər öz təcrübələrini, hiss və düşüncələrini bölüşərək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulayıblar.

Eyni zamanda, tədbir iştirakçıları Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsinin ölkənin dövlətçilik tarixində xüsusi rol oynayan hadisələrin və hüquqi dəyərlərin daha dərindən öyrənilməsinə xidmət etdiyini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə, həmçinin 27 Sentyabr - Anım Gününə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının fəalları, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, şəhid ailələri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Anım Günü ilə bağlı videoçarx nümayiş olunub .

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul olunub. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik ideyalarının bu gün uğurla davam etdirilməsi, Azərbaycanın suverenliyinin və müstəqilliyinin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev siyasi varis olaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edib, müstəqil və güclü dövlət quruculuğu yolunda mühüm tarixi addımlar atıb. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər bu siyasətin real nəticəsi olmaqla yanaşı, ölkəmizin tam suverenliyinin bərpası deməkdir. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi də məhz bu ideoloji və tarixi xəttin davamı kimi dəyərləndirilib.

27 Sentyabr – Anım Günü hər bir azərbaycanlı üçün həm hüzn, həm də qürur günüdür. Bu gün biz qəhrəman şəhidlərimizi yad edir, onların ruhu qarşısında baş əyirik. Eyni zamanda qürur duyuruq ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz torpaqlarını işğaldan azad edib. Muxtar Nağıyev çıxışında, həmçinin 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan olunmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu təşəbbüs Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi, müstəqillik dəyərlərinin təbliği baxımından tarixi əhəmiyyət daşıyır

Milli Məclisin deputatı Ceyhun Məmmədov Vətən müharibəsində qazanılan tarixi Zəfərin milli həmrəyliyin, güclü rəhbərliyin və xalq–ordu birliyinin parlaq nümunəsi olduğunu bildirib. “27 sentyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilib. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk. Eyni zamanda, xalqımızın suverenliyi və konstitusion dəyərləri uğrunda göstərdiyi fədakarlığı yüksək qiymətləndiririk”, - deyə Ceyhun Məmmədov qeyd edib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı tədbirin ictimai və elmi əhəmiyyətini vurğulayıb. O bildirib ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və bu qəhrəmanlığın gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın borcudur. Muzeyin ekspozisiyalarında və sərgilərində milli yaddaşın qorunmasına xüsusi önəm verilir. O, həmçinin Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik ili" elan etməsini gənclər üçün tarixi və hüquqi maarifləndirmə baxımından mühüm imkanlar yaratdığını qeyd edib.

Çıxış edənlər 27 sentyabr tarixinin Azərbaycan xalqı üçün müqəddəs və qürurverici bir gün olduğunu vurğulayıb, Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd ediblər.

Tədbirdə Vətən müharibəsi şəhidi Elşən Müslümovun anası Şövqiyyə xanım, Vətən müharibəsi qazisi, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev, Şuşa fatehi şəhid Səid Cəfərovun bacısı Aygün Cəfərova, Xüsusi Təyinatlı Qüvvələrin şəhid kapitanı Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov və Vətən Müharibəsi şəhidi Fəqan Zalovun qardaşı, qazi Nicat Zalov çıxış edərək xalqımızın müstəqillik uğrunda göstərdiyi qətiyyət və həmrəylikdən, şəhidlərin qəhrəmanlığından danışıb, dövlətimizin güclü rəhbərliyi altında əldə edilən tarixi Zəfər haqqında çıxışlar ediblər. Çıxışlarda şəhid ailələri və qazilər öz təcrübələrini, hiss və düşüncələrini bölüşərək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulayıblar.

Eyni zamanda, tədbir iştirakçıları Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik ili" elan etməsinin ölkənin dövlətçilik tarixində xüsusi rol oynayan hadisələrin və hüquqi dəyərlərin daha dərindən öyrənilməsinə xidmət etdiyini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir

Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb

BDYPİ rəsmisi: Yuxulu sürücünün idarə etdiyi avtomobil nəzarətsiz təhlükəyə çevrilir

Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir

Rəsmi Bakı: CNN-dən əsassız iddiaların yayıldığı məqalənin təkzib edilməsini gözləyirik

Almaniyanın XİN başçısı BMT-yə maliyyə töhfələrinin azaldılması ilə bağlı fikirlərə etiraz edib

İsraildən olan tibb mütəxəssisləri Səhiyyə Nazirliyinin mükafatlarına layiq görülüblər

Əməkdar müəllim Ənvər Abbasovun 75 illik yubileyi BSU-da qeyd olunub

Müşfiqsevərlər Xızıda ölməz şairin xatirəsini anıblar

Dövlət Xidmətinin rəisi Ağsuda vətəndaşların müraciətlərini dinləyib

Altıncı “Yüksəliş” müsabiqəsinin analitik təhlil imtahanının nəticələri açıqlanıb

BTQ-nin modernləşdirilməsi: Logistika səmərəliliyi və strateji perspektivlər

MEDİA: CNN-in Azərbaycanla bağlı iddiaları kobud informasiya manipulyasiyasıdır

Elşad Ağayev: Əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi xüsusi əhəmiyyət daşıyır

Türk ekspert: Ankara və Bakının qlobal nəqliyyatda əhəmiyyəti durmadan artacaq

Məcburi köçkünlərin mülkiyyət hüquqlarına dair qanun layihəsi yeni reallığın təzahürüdür - Ekspert

Süni intellektin hazırladığı ilk peyvənd gələcək pandemiyaların qarşısını ala bilər

Serbiyalı nazir: Təbiətin gücündən ilham almaqla çağırışları fürsətlərə çevirə bilərik

Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır

Gülşən Paşayeva: Azərbaycanın strategiyasının iqtisadi mahiyyəti nəqliyyat dəhlizlərinin inteqrasiyasıdır

Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO

Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO

Ekspert: Süni intellekt və robot texnologiyaları üzrə ayrıca qanunlara ehtiyac var

Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib

®  “Baku Steel Company” QSC Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor statusunda iştirak edib VİDEO

® “Baku Steel Company” QSC Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor statusunda iştirak edib VİDEO

UN-Habitat-ın icraçı direktoru: Şəhərlərimiz təbii sistemlərlə ahəngdar şəkildə inkişaf etməlidir

“İşıqlı planetin sakinləri”: Xeyirxahlıq və Mədəniyyət Festivalı çərçivəsində sərgi

Admiral Riçard Nayton: Böyük Britaniya “Soyuq müharibə”dən bəri ən təhlükəli dövrdən keçir

Gecikdirilmiş 378,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub

Cari ildə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində 2700-dən çox əməkdaş üçün təlimlər təşkil olunub

XİN Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı açıqlama yayıb

MOK-un vitse-prezidenti: Təhlükəsiz idmanla bağlı heç bir məsələ gizli qalmayacaq

BMT-nin nümayəndəsi: Ölkələr öhdəlikləri konkret layihələrə çevirmək üçün birlikdə çalışmalıdır

Zaqatalanın zəngin cüdo irsi və Olimpiya çempionlarının yetişdiyi "uğurlu zal" -  REPORTAJ  VİDEO

Zaqatalanın zəngin cüdo irsi və Olimpiya çempionlarının yetişdiyi "uğurlu zal" - REPORTAJ VİDEO

® “Azercell” və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar

Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir

Murat Kurum: COP31 Sədrliyi olaraq COP29-da irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsinə nəzarət edəcəyik

Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar

Saymon Stil: Azərbaycanın davam edən liderliyini yüksək qiymətləndirirəm

“Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından XIV cildi işıq üzü görüb

Fransa Senatı ordu üçün nəzərdə tutulan əlavə 36 milyard avroluq büdcəni ləğv edib

İyirmi dörd federasiyanın nümayəndələri təhlükəsiz idman proqramına cəlb olunublar

ƏƏSMN-in tabeliyindəki qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqənin imtahan mərhələsi təşkil olunub

Səyyar "ASAN xidmət"in növbəti ünvanı Tbilisidir

Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb

Qərbi Azərbaycanın etnoqrafik mühiti və qızılbaş inancının folklora təsiri

Mali hökuməti “Əl-Qaidə”nin Sahel bölgəsindəki liderinin tutulmasına görə mükafat vəd edib

Sabah gündüz dağlıq və dağətəyi rayonlardan başlayaraq bəzi yerlərdə hava arabir yağıntılı olacaq

Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilir

COP30-un Prezidenti: Məqsədimiz real nəticələrin əldə olunmasına doğru irəliləməkdir

BMT-nin Baş katibi: Dünyamızın sağlamlığı təhlükə altındadır və aclıq problemi daha da dərinləşir

Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub

“Bir uşağın sabahına işıq ol!” - XXII Ənənəvi Xeyriyyə Sərgisi

Rəhman Mustafayev: Azərbaycan real addımlarla regional əməkdaşlığa sadiqliyini nümayiş etdirir

Mixail Qaluzin Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafı üçün sərhədlərin açılmasının zəruriliyini bəyan edib

İnger Andersen: Dünyanın bütün ölkələri çoxsaylı iqlim çağırışları ilə üz-üzədir

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda II yerə layiq görülüblər

Prezidentin Naxçıvan MR-də səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq

Nazir: Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məsələlər əsas ekoloji prioritetlərimizdən biridir

UNEP-in icraçı direktoru: Azərbaycan iqlim fəaliyyəti sahəsində mühüm və strateji rol oynamaqda davam edir VİDEO

UNEP-in icraçı direktoru: Azərbaycan iqlim fəaliyyəti sahəsində mühüm və strateji rol oynamaqda davam edir VİDEO

Gələcəyin əmək bazarına hazırlıq: “4Sİ Akademiyası - Milli Proqram” daha bir il uzadılır

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri “Tağıyev: Neft” bədii filminin nümayişi ilə başlayıb

Çingiz Hüseynzadə: Hər bir federasiyada təhlükəsiz idman üzrə ixtisaslaşmış məsul şəxs olmalıdır

Prokuror: Əmək müqaviləsinin bağlanması yalnız kağız üzərində sənədi imzalamaqla məhdudlaşmır

Yasamal Rayon Prokurorluğunda “Açıq qapı” günü və əmək hüquqlarına dair seminar təşkil olunub

Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

Bəzi qanunlara təklif edilən dəyişikliklər müzakirə olunur

Rəşad İsmayılov: Son 20 ildə Bakıda 100-dən çox park və yaşıllıq zonası salınıb

Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır VİDEO

Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır VİDEO

2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət

Bu saata olan əsas xəbərlər

Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO

Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb

BMU-da 41 ixtisas üzrə təkrar ali təhsil üçün sənəd qəbulu aparılır

® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı

Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı: Suriya 34 qutu sənəd təqdim edib

Təbii fəlakətlər aqrar sığortaya müraciətləri kəskin artırdı: 35 rayondan 3500-dən çox müraciət daxil olub VİDEO

Təbii fəlakətlər aqrar sığortaya müraciətləri kəskin artırdı: 35 rayondan 3500-dən çox müraciət daxil olub VİDEO

Hesablama Palatasının iclasında kənar dövlət maliyyə nəzarəti tədbirlərinin başlanılması ilə bağlı proqramlar təsdiqlənib

Naxçıvanda IV siniflər üzrə monitorinqdə 4300-dən çox şagird iştirak edir - FOTOLAR

Dünya Bankı: Mayda “Brent”in orta qiyməti 107,5 dollar, “Light”ın isə 99,1 dollar olub

Bu ilin ilk rübündə sənaye zonalarına yatırılan investisiyanın həcmi artıb

UNEP: Azərbaycanda zubr və ceyran populyasiyalarının bərpası davam etdirilir

Azərbaycan-Almaniya Biznes Şurası yaradılacaq

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu müəyyən edilib

Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 16 faizdən çox artıb

“Texnologiya və innovasiyalar” İşçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının cari statusu nəzərdən keçirilib

Hakan Fidan: Türkiyə İranla ABŞ arasında aparılan danışıqları müsbət qiymətləndirir

Monteneqro 2028-ci ilədək Aİ-yə üzv olmaq məqsədini bir daha təsdiqləyib

Fransa tərəfindən saxlanılan Rusiyanın “Tagor” tankerinin kapitanı sərbəst buraxılıb

Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir VİDEO

Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında yeni imkanlar və perspektivlər yaradır ŞƏRH

BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir

Bu ilin beş ayında dövlət büdcəsindən vətəndaşlara 122 milyon manat geri qaytarılıb

İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək

Son 5 ayda DSMF-nin fəaliyyət istiqamətləri üzrə alınan elektron arayışların sayı açıqlanıb