YAP TOVUZ RAYON TƏŞKİLATININ V KONFRANSI KEÇİRİLMİŞDİR
YAP Tovuz rayon təşkilatının sədri Bəhruzər Rüstəmov konfransda təşkilatın ötən dövr ərzində fəaliyyəti barədə geniş hesabat məruzəsi ilə çıxış etmiş, qazanılan uğurlar və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişdir.
Müzakirələrdə çıxış edənlər rayon təşkilatının hesabat dövründəki fəaliyyətini müsbət qiymətləndirmişlər. Onlar ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrə münasibət bildirmiş, respublikamızın Prezidenti, YAP sədrinin birinci müavini İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasətin tovuzlular tərəfindən dəstəkləndiyini vurğulamışlar.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və idarə heyətinin üzvü, MM-in deputatı Kərim Kərimov konfransda YAP-ın yaranma tarixindən və keçdiyi inkişaf yolundan danışmışdır.
Konfransda daha sonra təşkilat məsələsinə baxılmış, Bəhruzər Rüstəmov yenidən YAP-ın Tovuz rayon təşkilatının sədri seçilmişdir.
YAP-ın Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov konfransda iştirak etmişdir.
Konfransın yekununda Prezident, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevə müraciət qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]