YAP Xətai rayon təşkilatının fəalları rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət ediblər
Bakı, 16 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində şəhid Orxan Zöhrab oğlu İsmayılov və Sənan Rəhman oğlu Kərimovun ailələrini ziyarət ediblər.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, İsmayilov Orxan Zöhrab oğlu “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Kərimov Sənan Rəhman oğlu isə 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ziyarət zamanı təşkilat üzvləri şəhid ailələrinə başsağlığı verib, onların ailələrinin qayğıları və problemləri ilə maraqlanıblar.
Eyni zamanda, Novruz sovqatları ilə onların qarşıdan gələn bayramlarını təbrik ediblər.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırıblar.