Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yapon “Nikkei”si və fransız “Fiqaro”su – həqiqətlərimizin yeni ünvanları

Yapon “Nikkei”si və fransız “Fiqaro”su – həqiqətlərimizin yeni ünvanları

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidentinin yeni möhtəşəm müsahibələri haqqında fikirlərimi bölüşməmişdən öncə, nüfuzlu Rusiya nəşri “Nezavisimaya Qazeta”nın baş redaktoru, tanınmış jurnalist, ictimai xadim Konstantin Remçukovun fikirlərini paylaşmaq istərdim. Baş redaktor Prezident İlham Əliyevin son müsahibələrini əsas gətirərək deyir: “Son həftə içində mən gördüm ki, Azərbaycanın bu müharibədəki hədəfləri daha aydındır. Öncəki həftələrdə mənə elə gəlirdi, bu, iki ölkə arasında periodik olaraq Dağlıq Qarabağ ətrafında baş verən növbəti gərginlikdir. Ancaq bu həftə özəlliklə də Azərbaycan Prezidenti İlham Əliyevin televiziya çıxışları və müsahibələrindən sonra anladım ki, bu, Azərbaycanın öz ərazilərini azad etmək uğrunda savaşıdır. Hansı ki, həmin ərazilər 30 il qanunsuz olaraq, işğal altında saxlanılıb. …Bununla da, bir növ münaqişə ilə bağlı təsəvvür dəyişir. Bu müharibə Azərbaycan öz ərazilərini tam azad edənə qədər davam edəcək. O ərazilər ki, Azərbaycan qanunsuz olaraq Ermənistan tərəfindən işğal edildiyini bildirir. Daha bir maraqlı məqam isə odur ki, hazırlıq və öncədən toplanmış resurslar ilk baxışda göründüyündən daha çoxdur”.

Diqqətli oxucular təsdiq edər ki, Prezident İlham Əliyevin məşhur xarici media orqanlarına ardıcıl müsahibələri haqqında mən də, bir çox həmkarım da ürək sözlərini qələmə alıb. Çox şadam ki, bizim gəldiyimiz qənaətlər öz həyati təsdiqi tapır. Başqa ölkələrdən verilən reaksiyalar, sürətlə dəyişən, ilıqlaşan beynəlxalq ictimai fikir, hətta, “ev tapşırığı suallar”la çıxış edən xarici jurnalistlər də həqiqətin alternativsiz üzü ilə tanış olur, öz ilkin mövqelərində yanıldıqlarını görürlər. Bir daha o fikirdəyəm ki, möhtərəm Prezidentin xarici media orqanlarına ard-arda verdiyi hadisə müsahibələr ordumuzun uğurlarının beynəlxalq aləmdə qəbul görməsində, diplomatlarımızın əlini gücləndirməkdə özünəməxsus rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın Yapon “Nikkei”si və fransız “Fiqaro”su - həqiqətlərimizin yeni ünvanları” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Növbəti belə müsahibələr nüfuzlu “Nikkei” (Yaponiya) və “Fiqaro” (Fransa) qəzetinə verildi. Hər biri başdan-başa öyrənilməyə, öyrədilməyə layiq bir “diplomatiya dərsi” olan müsahibələrdən bir neçə məqama diqqət edək:

- Öncəki satus-kvo artıq mövcud deyil, təmas xətti yoxdur. İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır;

- Müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir;

- Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər danışıqları mənasız edib;

- Danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması olub. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır”, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deməsi, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verməsi, Azərbaycana hücumlar, danışıqların aparılmasını mənasız edir;

- Azərbaycan Ermənistan hökumətinə sübut etdi ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər.

- Ermənistanın baş naziri N.Paşinyan zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıyır;

- Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, atəşkəsi pozmamalı, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd göstərməməli, işğal olunmuş bütün Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir;

- Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq;

- Bu gün Azərbaycanda minlərlə erməni əsilli insan yaşayır;

- Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Orada heç bir milli azlıq yaşaya bilməz. Onlar bugünkü Ermənistan Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar;

- Ermənistanda ən böyük icma olan azərbaycanlılar həmin ərazidən qovulub, Azərbaycanlıların bütün tarixi, dini abidələri dağıdılıb, Azərbaycan mədəniyyətinin izləri silinib. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib;

- Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək;

- Dağlıq Qarabağdakı cinayətkar xunta kənarlaşdırılandan sonra ermənilər daha yaxşı yaşayacaqlar, digər vətəndaşlar kimi, onlara da bütün sosial və iqtisadi imtiyazlar şamil ediləcək;

- Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır və Azərbaycan dövləti digər xalqlar, milli və etnik azlıqlar kimi, onların da hüquqlarını tam müdafiə etməyə hazırdır.

- Azərbaycan dövləti həmişə humanizm prinsiplərinə sadiq olub və hazırda gedən hərbi əməliyyatlarda da bu, aydın görünür;

-Azərbaycan Ermənistan kimi dinc əhaliyə qarşı müharibə aparmır, yalnız hərbi hədəfləri vurur;

- Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsi faktı sirr deyil. Ermənistanın baş naziri bunu etiraf edib. Həmin döyüşçülərin köklü erməni olması şübhə doğurur və bunu təsdiq edən məlumatlar mövcuddur.

Əziz oxucular (tamaşaçılar) fikir veriblərsə, çox uzaq coğrafiyaları təmsil etsələr də, Azərbaycan Prezidentinə sual verən jurnalistlər, Azərbaycan-Ermənistan elan olunmamış müharibəsinə dair suallarla yanaşı, Gürcüstan, İran, özəlliklə, Türkiyə ilə bağlı suallardan əl çəkə bilmir. Burada durum elədir ki, necə deyərlər, istənilən “şübhəli sual” belə sual verən tərəfin deyil, cavab verən tərəfin xeyrinə nəticələnir. Yəni Gürcüstanla bağlı sual hər kəsi düşüncəyə dəvət edir: Gürcüstan da bir xristian ölkəsidir və Azərbaycanla, Türkiyə ilə yüksək səviyyəli ölkələrarası münasibətlər, strateji işbirliyi içində inkişaf etməkdədir. Deməli, problem din mənsubiyyətində deyil, Ermənistanın işğalçı, terrorçu, qonşuyayovuşmaz siyasətindədir. Bu fikri Azərbaycanın (eləcə də, qardaş Türkiyənin) etnik, dini zənginliyini bir daha təsdiq edir. Hər şey bir yana, Azərbaycanda (və Türkiyədə) on minlərlə erməni bu gün də yaşayır. Təsəvvür edin: Xocalı soyqırımı törədən, Türkiyəni qondarma soyqırımında ittiham edən bir ölkənin millətdaşları Azərbaycanda və Türkiyədə yaşayıb, yaşayır və yaşayacaqdır! - Bu danılmaz fakt qarşısında dünya erməniliyinin uzun illər antitürk, antimüsəlman qara təbliğatı bir qara qəpiklik olur. “Hər ziyanda bir xeyir var” deyib atalar, indi müharibə alovları (Gəncədə, Tərtərdə, Goranboyda, Ağcabədidə, Beyləqan, Bərdə və b. yerlərdə) dinc insanları yaxsa da, evlər dağılsa da, Ermənistanın illərlə qondarma yalan səltənətinin dağıldığını da görürük, erməni təbliğatının öldüyünü görürük. Əlbəttə, bizim günahsız insanların qanı yerdə qalmır, əlbəttə, döyüş meydanında qələbələr qazanırıq, lakin vurğuladığımız bu məqamlar da unudulmamalıdır. Çünki məhz beynəlxalq antitürk, antimüsəlman təbliğatı ilə haqq-ədaləti müdafiə edəsi dövlət, qurum-quruluşlarda şübhələr yarada bilmişlər. Təsəvvür edin, dünyanın bir çox ölkəsində antimüsəlman ritorikası ilə avam çıxış edən, özlərini “xristianlığın son qalası” adlandıran Ermənistan İranla danışıqlarda başqa maska taxır, sonra işğal bölgəsinə dönür, bir başqa maska taxır və məscidlərə donuz doldururdu… Bu mənada, müzəffər Azərbaycan əsgəri ön cəbhədə, səbatlı diplomatlarımız diplomatik-siyasi cəbhədə maska yırtmaqla məşğuldur həm də… Bütün bu kardinal fikir dəyişiklikləri, dünya birliyinin dərin düşüncələrə dalması sahəsində Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin çoxfunksiyalı titanik çalışmaları dərsliklər mövzusudur, qürur qaynağımızdır! Prezident yalnız müsahibə vermir, dərs keçir, maarifləndirir, öyrədir. “Yaşa, Prezidentim, yaşa, Millətinlə baş-başa” - “İstiqlal” ordenli Xalq şairi Fikrət Qocanın bu məşhur misraları son günlər dilimizdən düşmür!

Qeyd etdik ki, xarici jurnalistlər Gürcüstan, İran və Türkiyə ilə bağlı suallar verir. Gürcüstanı dedik; İranın sual dövriyyəsinə daxil olunması da, dövlət sərhədiboyu ərazilərimizin azad edilməsi - yeni gerçəklik yaranması ilə bağlı hesab oluna bilər. Unutmayaq ki, işğalçı ölkə güney cəbhəsindəki yenilməsi ilə yalnız torpaq, şəxsi heyət və texnika itirmədi, daha başqa itkiləri də oldu və bu, erməni dostlarını pəjmürdə etməkdədir…

Hər fransız jurnalistinin Türkiyə ilə bağlı tikanlı sual verməsinin səbəbini hər bir azərbaycanlı başa düşür; belə sualı yapon jurnalistinin də verməsi sual yaratmamalıdır, məncə. Yanılmıramsa, Yaponiyanın Avropadakı ən intensiv ticari-iqtisadi bağları Fransa ilədir… Əlbəttə, biz bir jurnalistin mövqeyini bütün Yaponiyaya şamil etmirik. Qətiyyən! Yaponiya özü başıbəlalar çəkmiş bir Şərq ölkəsidir və bizi anlayanlar orda daha çoxdur.

Türkiyə ilə bağlı sualların çoxluğu bizi qətiyyən rahatsız etmir, tam tərsinə, bütün müsahibə boyu Türkiyədən, Türkiyə-Azərbaycan işbirliyindın suallar versələr də qəbulumuzdur.

Möhtərəm Prezident deyir:

- Türkiyə Azərbaycan üçün qardaş ölkədir, ən yaxın müttəfiq və dostdur;

- Türkiyə indi təkcə Güney Qafqaz regionunda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır;

-Türkiyə və Rusiyanın prezidentləri, xarici işlər nazirləri, müdafiə nazirləri görüşüblər, söhbət aparıblar, bu məsələni müzakirə ediblər;

- Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir;

-Türkiyə nizamlama prosesində fəal şəkildə iştirak etməlidir. Türkiyənin prosesdə iştirakı ona sabitlik gətirəcək.

Uzun sözün qısası, zərurət yarandığı hallarda müharibə alovunun söndürülməsində, ədalətli sülhün təminində - nizamlanma prosesində Türkiyənin fəal iştirakı bütün maraqlı tərəflər üçün eyni dərəcədə sabitləşdirici amildir - bu, belə qəbul edilməlidir. İlk növbədə, Ermənistan və erməniyanlılar bu həqiqəti nə qədər tez idrak etsə, o qədər yaxşıdır.

Yazımı Prezidentin yapon jurnalistin müvafiq sualına verdiyi tarixi ayarlı cavabla yekunlaşdırmaq istərdim: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Azərbaycan danışıqlar zamanı buna razılıq verməyib və indi ərazinin böyük bir hissəsini geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz. …Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar”

Dövlətimiz var olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir