Yaponiya hökuməti zərərçəkmiş şirkətlərə ehtiyat fondundan 10 milyard dollar yardım ayıracaq
Tokio, 9 fevral, AZƏRTAC
Yaponiya hökuməti koronavirus pandemiyasına görə zərərçəkmiş şirkətlərə ehtiyat fondundan 10 milyard dollar yardım ayırmağı planlaşdırır. Bu məbləğin 2020-ci maliyyə ilinin büdcəsi çərçivəsində ayrılacağı bildirilir.
AZƏRTAC xəbər verir ki, Yaponiya Nazirlər Kabineti bu barədə qərarı fevralın 9-da qəbul edib. Qeyd edilir ki, bu məbləğin 8,4 milyard dolları hökumətin xahişi ilə iş gününü qısaldan restoran və barlara təqdim ediləcək. Belə müəssisələrin hər biri ayda 17 min dollara qədər vəsait alacaq.
Qeyd edək ki, bu barədə qərar Yaponiya hökuməti Tokioda və daha bir neçə prefekturada fövqəladə vəziyyət rejiminin ikinci dəfə tətbiqi barədə qərar qəbul etdikdən sonra bəyənilib.
Bununla yanaşı, koronavirusa qarşı mübarizə tədbirlərindən zərərçəkən digər müəssisələrə də birdəfəlik subsidiyalar verilməsi planlaşdırılır. Eyni zamanda, kiçik və orta şirkətlər də 5700 dollar, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də 2900 dollar yardım alacaqlar. Bu məqsədlə 2,4 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]