Yaponiya ilə ABŞ-ın ticarət müqaviləsi üzrə danışıqları son mərhələdədir
Tokio, 24 sentyabr, AZƏRTAC
Yaponiya və ABŞ arasında ticarət müqaviləsi üzrə danışıqlar iki ölkə liderlərinin sammiti ərəfəsində son mərhələyə qədəm qoyub.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzerlə sentyabrın 23-də Nyu-Yorkda bir araya gəliblər.
Xatırladaq ki, buna qədər hər iki hökumətin nümayəndələri Yaponiyanın Baş Naziri Şinzo Abenin ABŞ Prezidenti Donald Tramp ilə görüşündə həmin sənədin imzalanmasına çalışırdılar. Lakin sənədin imzalanmasının hələlik təxirə salınacağı gözlənilir.
Avqustda iki tərəf arasında əldə edilən razılaşmaya görə, Yaponiya öz bazarını ABŞ-dan daxil olan kənd təsərrüfatı məhsullarına açır. Eyni zamanda, Yaponiya ABŞ-dan gələn mal ətinə tarifi 38,5 faizdən 9 faizədək azaltmağa razılıq verir. ABŞ-dan gətirilən donuz ətinə də tariflərin aşağı salınması nəzərdə tutulur.
Bunun əvəzində Tokio Vaşinqtondan yapon avtomobillərinə tarifi azaltmağı xahiş edir. Yaponiya, həmçinin ABŞ-ın avtomobillərə milli təhlükəsizlik və ya xarici kvotalarla bağlı tariflərin tətbiq edilməyəcəyinə zəmanət almaq istəyir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]