Yaponiya Rusiya və Çinin sərhədlərində birgə hərbi fəaliyyətindən narahatdır
Bakı, 11 aprel, AZƏRTAC
Yaponiya Rusiya Federasiyası və Çin Xalq Respublikasının silahlı qüvvələrinin onun sərhədləri yaxınlığında birgə hərəkətlərindən ciddi narahatdır.
AZƏRTAC xəbər verir ki, belə bir qiymətləndirmə Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) dərc olunmuş illik hesabatında yer alıb.
“Çin və Rusiya silahlı qüvvələrinin Yaponiya sərhədləri yaxınlığında birgə hərəkətləri Yaponiyanın təhlükəsizliyi baxımından ciddi narahatlıq yaradır", - məlumatda deyilir.
Qeyd edilib ki, son illər Rusiya və Çin hərbi sahədə əməkdaşlığı gücləndirir, birgə təlimlər keçirir və Yaponiya yaxınlığında bombardmançı təyyarələrin və gəmilərin iştirak etdiyi ərazilərdə patrul edir.
Əvvəllər Rusiya Müdafiə Nazirliyi dəfələrlə bu cür təlimlərin və patrulların beynəlxalq hüququn müddəalarına uyğun olaraq həyata keçirildiyini və xarici dövlətlərin hava məkanının pozulmasına yol vermədiyini dəfələrlə vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]