YAPONİYA ÜÇÜNCÜ DÜNYA ÖLKƏLƏRİNƏ 10 MİLYARD DOLLAR YARDIM EDƏCƏK
Göstərilən məbləğə həm “yeni pullar”, həm də həyata keçirilməkdə olan layihələrin maliyyələşdirilməsi daxildir. Vəsait inkişaf etməkdə olan ölkələrdə ticarət infrastrukturunu inkişaf etdirmək, o cümlədən limanları modernləşdirmək və gömrük xidmətlərinin təchizatını yaxşılaşdırmaq, habelə heyətin peşəkarlığını artırmaq üçün ayrılmışdır. Bu məqsədlə Yaponiya öz mütəxəssislərini bu ölkələrə göndərmək, həmin ölkələrdən isə stajkeçənlər qəbul etmək niyyətindədir. Proqram ümumən 10 min adamı əhatə edəcəkdir. Tokio həm də “üçüncü dünya”nın Yaponiyaya məhsul ixrac edən, lakin rüsum ödəməyən və kvotalaşdırılmayan ən az inkişaf etmiş ölkələrinin mallarının payını hazırkı 86 faizdən, demək olar, 100 faizədək artıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]