Yaponiyada 7,2 bal gücündə zəlzələ olub
Bakı, 20 mart, AZƏRTAC
Şənbə günü Yaponiyanın şimal şərqində 7,2 bal gücündə zəlzələ qeydə alınıb, sunami təhlükəsi elan olunub.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, meteoroloqlar yeraltı təkanların episentrinin yaxınlığında yerləşən Miyaqi prefekturası sahillərində bir metr hündürlüyündə sunami ola biləcəyi barədə xəbərdarlıq ediblər. Sahil rayonlarının əhalisinə sahil xəttinə yaxınlaşmamaq tövsiyə olunur.
Zəlzələ ocağı okean dibindən 60 kilometr dərinlikdə yerləşib. Yaponiya hökumətində təbii fəlakətlə bağlı operativ qərargah yaradılıb. Miyaqi prefekturasından keçən sürət qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]