YAPONİYADA İKİ HƏRBİ VERTOLYOT TOQQUŞMUŞDUR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Yaponiyanın Honsü adasının qərb hissəsindəki Mue prefekturası ərazisində, İsoba şəhəri rayonunda iki hərbi vertolyot qəzaya uğramışdır. Vertolyotlar məşq zamanı təxminən 300 metr hündürlükdə toqquşaraq, dağlara düşmüşlər. Onların hərəsində iki nəfər – təlimatçı və kursant olmuşdur. Vertolyotlar ölkənin mülki-müdafiə qüvvələrinin uçuş məktəbinə məxsus idi. Hazırda zərərçəkənlərin hamısı tapılmışdır. Onların sağ olmalarından başqa heç bir məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]