Yaponiyada “meqazəlzələ” barədə xəbərdarlıq edilib
Bakı, 10 avqust, AZƏRTAC
Yaponiyalı alimlər minlərlə insanın ölümünə səbəb ola biləcək “meqazəlzələ”yə hazırlaşmaq barədə xəbərdarlıq ediblər.
AZƏRTAC xəbər verir ki, bu təkliflə Yaponiya Meteorologiya Agentliyi çıxış edib. Agentlik ehtimal olunan şiddətli zəlzələnin episentri olaraq Sakit okeandakı Honşu adası yaxınlığındakı Nankay çökəkliyini göstərib. Burada baş verəcək şiddətli zəlzələ dağıdıcı sunami yarada bilər.
Zəlzələləri qabaqcadan planlaşdırmaq mümkün olmasa da, yapon mütəxəssislər sözügedən ərazidə hər 100-200 ildə bir dəfə dağıdıcı zəlzələ olduğunu bildiriblər. Bu səbəbdən yaxın 30 il ərzində şiddətli təkanlara hazırlaşmaq tövsiyə olunub.
Yaponiyada tikinti qaydalarına sərt nəzarət tətbiq olunduğu üçün zəlzələlər zamanı itkilər minimum olur. 2 gün əvvəl baş verən 7,1 bal gücündə zəlzələdə əşyaların düşməsi nəticəsində 8 nəfər yüngül xəsarət alıb. Gündoğar ölkədə hər il 1500-dək zəlzələ qeydə alınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]