Yaponiyada yeni daşıyıcı raket ictimaiyyətə təqdim edilib
Tokio, 17 mart, AZƏRTAC
Martın 17-də Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) yeni ikipilləli H-III daşıyıcı raketini ictimaiyyətə təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilir ki, daşıyıcı raket Yaponiyanın cənub-qərbində yerləşən Taneqaşima kosmodromunun ərazisində yerləşdirilib. Hazırda H-III raketinin maye hidrogen yanacağı ilə doldurulması və digər texniki yoxlamalar həyata keçirilir. Yeni daşıyıcı raketin 2021-ci maliyyə ili ərzində ilk buraxılışının baş tutacağı gözlənilir.
Qeyd edək ki, H-III Yaponiyaya məxsus maye yanacaqla işləyən böyük raket daşıyıcısıdır. Onun uzunluğu 63 metrə, diametri isə 5,2 metrə bərabərdir. Yeni raketin Günəş sinxron orbitə 4 ton, geokeçici orbitə isə 6,5 tondan çox ağırlığında yük çıxaracağı gözlənilir.
Kyodo agentliyinin bildirdiyinə görə, H-III daşıyıcı raketi sələfi olan H-IIA raketindən təqribən 1,3 dəfə çox ağırlığında süni peykləri orbitə çıxaracaq. Bununla bərabər, konstruksiyada aparılmış sadələşdirmələr nəticəsində raketin hər buraxılışının dəyəri H-IIA ilə müqayisədə təqribən 50 faiz və ya 5 milyard yen (45,8 milyon dollar) ucuz başa gələcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]