Yaponiyalı fiqurlu konkisürən Hanyu Qış Olimpiya Oyunlarının 1000-ci qızıl medalını qazanıb
Bakı, 17 fevral, AZƏRTAC
Yaponiyalı fiqurlu konkisürən Yudzuru Hanyu Qış Olimpiya Oyunlarının 1000-ci qızıl medalını Pxençan Olimpiadasının birnəfərlik yarışlarında qazanıb.
AZƏRTAC Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, Hanyu fevralın 17-də Pxençanda ali dərəcəli mükafatı Soçidəki nəticəni təkrar etməklə qazanıb. Gümüş medala yaponiyalı Şoma Uno, bürüncə Xavier Fernandez sahib olub.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarının ilk medalçısı amerikalı konkisürən Çarlz Cutrou olub. O, 1924-cü il yanvarın 26-da Şamoni Olimpiadasında 500 metr məsafədə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]